Lavrov Fransada Qarabağı müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 19-u Fransanın xarici işlər naziri Jan-Mark Eyro ilə Ukrayna, Liviya, Suriya və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.


"Dağlıq Qarabağda yaşanan gərginliklə əlaqədar ATƏT-in Minsk qrupu həmsədr ölkələri kimi xarici işlər nazirlikləri arasında sonrakı addımları razılaşdırmaq lazımdır”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunur.