Mehriban Əliyeva Ayaz Mütəllibovun xanımı ilə bağlı tapşırıq verdi

Heydər Əliyev Fondu eks-prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələləriniöz üzərinə götürüb.

Modern.az-ın məlumatına görə,bu barədəHeydər Əliyev FondununprezidentiMehriban Əliyeva tapşırıq verib.


Xatırladaq ki, Ədilə Mütəllibova bu gün vəfat edib.


Mərhum Ədilə Mütəllibova 1938-ci ildə Bakıda anadan olub. O, ixtisasca həkim idi.


1992-ci ildə prezident postundan istefa verən Ayaz Mütəllibov həmin ilin may ayından həyat yoldaşı Ədilə Mütəllibova ilə birgə Bakını tərk edərək, Rusiyanın paytaxtı Moskvada yaşayıb.


2012-ci ilin iyul ayında Ayaz Mütəllibov həyat yoldaşı ilə birgəhəmişəlik vətənə dönərəkBakıda yaşamağa başlayıb.