Milli Şuranın 7 oktyabr mitinqinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

Modern.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti müraciətə baxıb və mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Milli Şuranın sentyabrın 7-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verilib.

Qeyd edək ki, Milli Şuranın sonuncu mitinqi sentyabrın 23-də keçirilib.