MTN əməliyyat keçirdi, iki nəfər həbs edildi

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb.

Sabahinfo.az xəbər verir ki.bu barədə APA-ya MTN-in İctimai Əlaqələr İdarəsindən bildirilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.