Naxçıvan əhalisinin sayı 450 min nəfərə çatıb

Naxçıvanın 450 mininci sakini dünyaya gəlib.

Sabahinfo.az-ın məlumatına görə, Naxçıvan şəhər sakinləri Orxan Babayev və Şəbnəm Abdullayevanın ailəsində Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini – Babayev Fərhad Orxan oğlu anadan olub.

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Doğum Mərkəzində bu münasibətlə tədbir keçirilib. MR-nın Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov körpənin anası Şəbnəm Abdullayevaya övladının Naxçıvan MR-nın 450 mininci sakini olması ilə bağlı arayış təqdim edib.

Səhiyyə naziri Niyazi Novruzov uşağın sağlamlığı haqqında məlumat verərək deyib ki, 3 kiloqram 800 qram çəkidə doğulan uşaq tam sağlam şəkildə dünyaya gəlib və inkişaf prosesi normal qaydada gedir.

Tədbirdə qeyd edilib ki, ötən 8 il ərzində muxtar respublikada əhalinin sayı 400 mindən 450 min nəfərə çatıb.