Nazir müavinləri YANĞIN YERİNDƏ

Azərbaycan fövqəladə hallar və daxili işlər nazirlərinin müavinləri Bakıda yanğın baş verən əraziyə gedib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinəFövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.