Nəvahi postunun əməkdaşından örnək addım

Azərbaycan polisi azyaşlı uşaqın həyatını qurtarıb. Belə ki, SSABAHİNFO.AZ saytının əməkdaşı Elnarə Həziyeva ailəsi ilə birlikdə Gəncə şəhərindən qayıdarkən Yağmur Cəfərovanın azyaşlı uşağının halı qəlifdən pisləşib. Gecə saatları olduğundan xanım əməkdaşımız maşını məcburi olaraq Nəvahi postunda saxlamalı olub. Postda xidmət göstərən 7-ci tağımın əməkdaşları dərhal azyaşlı uşağa ilkin yardım göstəriblər. Xidmətdə olan DYP əməkdaşı Abdullayev Məcid  Nizami oğlu xidməti maşın ilə azyaşlını yaxın xəstəxanaya çatdırıb. 

E.Həziyeva onu da qeyd edib ki, gecə saatlarında Hacıqabul Diaqnostika Mərkəzində azyaşlı uşağa kömək edəcək heç kim tapılmayıb. 
Xanım əməkdaşımız və saytın kollektivi Abdullayev Məcid Nizami oğluna öz təşəkkürümüzü çatdırırıq. Var olsun Azərbaycan POLİSİ!