Nobel prospekti rənglənir

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindənverilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00 - dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.