Novruz Məmmədovdan yeni tvit

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında əməkdaşlığı dəyərləndirib. N.Məmmədov "twitter” səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir. PA rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir: "Səudiyyə Ərəbistanı Krallığı Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür".