Prokuror baş redaktora 6 il 6 ay həbs istədi - Məhkəmə

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

BakuPostxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, cinayət işi üzrə zərərçəkən şəxslərdən Bəxtiyar Həsənov dindirilməyib: "Həmin şəxs məhkəməyə teleqram vuraraq, ürək əməliyyatı keçiridiyi üçün prosesə qatılmayıb”.
Prokuror çıxış edərək İkram Rəhimovun 6 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, İ.Rəhimovötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində 6 zərərçəkmiş var