Putin və Əliyev Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfi razı salacaq yolun tapılmasına çalışacaq.  

sabahinfo.az  RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev ilə görüş zamanı bəyan edib. 

"Siz Qarabağı xatırlatdınız. Bu, həqiqətən problemdir, o, bizə sovet keçmişindən miras qalıb. Bunun Azərbaycan və Ermənistan üçün nə qədər kəskin bir məsələ olduğunu bilirəm. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfi razı salacaq yolun tapılmasına çalışacağıq”, - Putin deyib. 

"Burada qalib olmamalıdır. Qalib hər iki ölkənin xalqı olmalıdır və hər iki dövlət hiss etməlidir ki, bu məsələnin həlli bugünkü və gələcək nəsillərin marağındadır”, - Rusiya prezidenti sözlərinə əlavə edib.