QHT Şurasının rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət ediblər

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin, Şuranın kollektivinin və QHT ictimaiyyətinin iştirakı ilə 96-cı doğum günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Sabahinfo.az -ın məlumatına görə, ziyarət zamanı Heydər Əliyevin məzarı üstünə tər güllər düzülüb, ruhuna dua oxunub.