"Brüssel növbəti siyasi uğurumuzdur"

"Cənab Prezidentin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycanın döyüş meydanın qazandığı qələbənin siyasi meydanda uğurla davamı kimi xarakterizə edərdim. Əvvəlcə onu qeyd edim ki, NATO-nun Baş katibi Stollunberq ilə görüşdə Azərbaycanla əməkdaşlığına böyük dəyər verildi. Həm də cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan NATO-ya üzvü 4 ölkənin təbii qazla təminatında iştirak edir və ölkəmiz Avropanın enerjinin təhlükəsizliyinin təmində rol oynayır. Digər məsələlər isə keçirilmiş üçtərəfli görüşlərdə əldə edilmiş razılıqlarla bağlıdır".

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla, eləcə də digər Qərb rəsmiləri ilə görüşlərinə münasibət bildirərkən Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, burda Ermənistan tərəfindən Zəngəzur dəhlizində dəmir yolunun çəkilməsi üçün öhdəliyin götürülməsi, dəhlizlərdən istifadədə bərabər yanaşmanın edilməsi, sərhədlərin delimitasiya və demarkasiya olunmasında Avropa İttifaqının da tövsüyyəsi ilə ikitərəfli komissiyanın yaradılması, itkin düşmüş şəxslərlə bağlı məsələ müzakirə olunaraq razılaşdırıldı:

"Əslində Brüsselə səfəri çərçivəsində razılaşdırılmış məsələlər Brüsselə qədər Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli bəyanatların Avropa İttifaqı tərəfində dəstəklənməsi deməkdir. Qərb Cənubi Qafqaz regionunda sabitiliyin və sülhün təmin olunması ilə iqtisadi əməkdaşlıq mühütünün formalaşmasını dəstəkləyir. Burda Azərbaycanın istəyindən kənar hər hansı bir məsələ müzakirə olunmadı. Hətta ATƏT-in Minsk Qrupunun adı belə çəkilmədi. Bu o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallığı qəbul edib və gələcəkdə isə üçtərəfli bəyanatlarda imzalanmış razılaşmaların icrasına maraqlıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Qərbdən dəstək alacağına böyük ümüdlər bəsləyirdi. Amma bu baş vermədi. Qərb Azərbaycanı ədalətli mövqeyi ilə razılaşdı və işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində və investisyaların yatırılmasında maraqlı olduğunu bildirməklə öz niyyətini diqqətə çatdırdı. Qısa olaraq deəyə bilərəm ki, Prezident İlham Əliyevin Brüsselə səfəri növbəti siyasi uğurumuzdur".