SOCAR qazın qiymətini qaldırdı - Gürcistanda

SOCAR Georgia Gas` şirkəti kommersiya istehlakçıları üçün qazın qiymətinin dəyişdirilməsi barədə məlumat yayıb.


Bu barədə Sabahinfo.az`Biznes-Qruziya`ya istinadən xəbər verir.


`Cari ilin oktyabr ayının birindən bağlanan müqavilələr üzrə təbii qazın bir kubmetrinin qiyməti 84 tetridən az olan `SOCAR Georgia Gas` istehlakçıları üçün qiymətlər ƏDV də daxil 84 tetri olacaq.


Şirkətin qərarına əsasən çörək zavodları və büdcə təşkilatları üçün təbii qazın qiyməti dəyişməyəcək`, - deyə `SOCAR Georgia Gas` şirkətinin yaydığı məlumatda bildirilir.