“Sona qədər onun namizədliyini dəstəkləyəcəyik” - Bəyanat

Müsavat partiyası Suraxanı rayonun təşkilatının bir qrup üzvləri bəyanat yayıblar.

"Biz - Rövşən Dəmirli, Arifə Hüseynli, Əli Qasımbəyli, Rüfət Əliyev, Çıraq Bayramov, Xatirə Allahverdiyeva, Tofiq Məmmədli, Tahir Əliyev, Fəxrəddin Əhməd, Zakir İsmayılov, Nüsrət Kazımov və digərləri olaraq, həmçinin, Suraxanıda yerləşən dairələrdən olan namizədlər bəyan edirik ki, rayonun 30-cu dairəsinin namizədi olacaq şəxs Vurğun Əyyubdur. Bizlər də, sona qədər onun namizədliyini dəstəkləyəcəyik. Qaldı ki, Müsavat partiyasının sifarişli verdiyi qərarlara, onu, verdiyi qərarları saxta şəkildə formalaşan Təşkilat Komitəsi yerinə yetirər. Bizim isə verdiyimiz qərar sona qədər qüvvədədir. Odur ki, Suraxanı dairəsi üzrə məsləhət bilirik ki, bu dairədən Müsavat partiyası biabır olmamaq üçün heç kimin namizədliyini irəli sürməsin”.