Türkiyə 6 ildən sonra bu ölkəyə səfir təyin edəcək

Türkiyə və İsrail yaxın 7-10 gün ərzində bir-birinə səfir təyin edəcək. sabahinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyip Ərdoğanın mətbuat xidmətinin rəhbəri İbrahim Kalın məlumat verib.

 

Türkiyənin İsraildəki səfiri 20101-cu ildə "Mavi Mərməmə” gəmisinə hücum zamanı 9 Türkitə vətəndaşının öldürülməsi səbəbilə geri çağrılmışdı.

 

İki ölkə arasında münasibətlərin normallaşdırılması barədə iyunun 28-də razılaşma əldə olunmuşdu. Müqaviləyə görə İsrail Ankaraya 20 milyon dollar təzminat ödəyib.