Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminini uzadıb

Türkiyə parlamenti hökumətin ölkədə fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasına dair qərarını təsdiqləyib.

sabahinfo.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hökumət oktyabrın 3-də Milli Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında  ölkədə oktyabrın 19-dan etibarən fövqəladə vəziyyət rejiminin 90 gün müddətinə artırılmasına dair qərar qəbul edib.  

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi dövlət çevrilişinə cəhddən sonra tətbiq edilməyə başlayıb.