Bu, Azərbaycanın strateji hədəflərinə xidmət edir

"İqlim dəyişikliyinə qarşı mübarizə, yaşıl enerjiyə keçid, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, süni intellekt, inforomasiya texnologiyaları, qlobal təhlükəsizliyə təhdid kimi məsələlər bu gün beynəlxalq aləmin ən aktual məsələləri sırasındadır. Azərbaycan da beynəlxalq birliyin bir parçası olaraq dünyanı narahat edən aktual məsələlərin həllində yaxından iştirak etməklə öz töhfəsini verməkdədir. Ona görə də bütün beynəlxalq, regional təşkilatlarla, o cümlədən dünya ölkələri ilə əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə sıx əməkdaşlığı da həm sadaladığımız məsələlərin həllində, həm də təşkilatın yaratdığı fürsətlərdən faydalanaraq ölkəmizin gələcək inkişafı, qarşısında duran hədəflərin yerinə yetirilməsi, təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir".

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

O əlavə edib ki, bu gün beynəlxalq münasibətlərdə çoxqütblülük və çoxtərəflilik prinsipləri, o cümlədən beynəlxalq hüquqa hörmət əsasında geniş təmsilçilik ən mürəkkəb problemləri birgə həllinə imkanlar yaradır. "Azərbaycan da bu fürsətlərdən faydalanmaqla bölgədə yaratdığı geosiyasi reallığa uyğun dayanıqlı sülhü, sabitliyi, inkişafı, regional əməkdaşlıq və təhlükəsizlik formatının təmin olunmasına, Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat və logistik bir qovşaq mövqeyini möhkəmləndirib imkanlarını genişləndirməyə çalışır. Azərbaycan eyni zamanda qlobal iqlim dəyişikliyinə və yaşıl enerjiyə keçiddə qlobal Şimalla qlobal Cənub arasında bir vasitəçi rolunu oynamğı qarşısına hədəf qoyub. Noyabrda Bakıda keçiriləcək COP29 toplantısı da bu hədəfin tərkib hissəsidir. Ona görə də Azərbaycanın digər təşkilatlarla olduğu kimi ŞƏT-lə əməkdaşlığı bu baxımdan milli maraqlarına cavab verir. Əminəm ki, Azərbaycanın ŞƏT-lə bütün sahələrdə səmərəli əməkdaşlığı nəticə etibarı ilə regional sülhün, sabitliyin, təhlükəsizliyin, ölkəmizin daha da inkişaf edərək qüdrətlənməsinə, növbəti mərhələdəki hədəflərinə nail olunmasına öz töhfəsini verəcək".

O eyni zamanda əlavə edib ki, cənab Prezidentin ŞƏT Zirvə toplantısı çərçivəsində keçirdiyi ikitrəfli və çox tərəfli görüşlərin də ölkəmizin gələcək inkişaf perspektivi baxımdan mühüm əhəmiyyət kəsb edir: "Xüsusən də Astanada “Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" mühüm əhəmiyyət kəsb edir. Bu sənəd Bakı ilə Pekin arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyması deməkdir. Bu ancaq Azərbaycanın xeyrinə olmaqla yanaşı, beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ciddi oyunçu kimi qəbul edilməsinə gətirib çıxaracaq. 

Ümumiyyətlə Azərbaycanın ŞƏT kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər".