"Bu, mənə bir şapalaq kimi dəydi" - Aqil Abbas

“Mənim səhhətimlə əlaqədar vətəndən uzaqda olanda məni axtardınız, tapdınız, danlandınız ki, kömək etmək, yardım etmək məsələsini niyə deməmisiniz”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri deputat Aqil Abbas Milli Məclisin plenar iclasında bildirib.

“Lakin mən ailəmdən başqa heç kimə deməmişəm. Bunu sizə bildirəndə siz də dediniz ki, Milli Məclis sənin ailən deyilmi? Bu, mənə bir şapalaq kimi dəydi. Haqlısınız. Milli Məclis bizim ailəmizdir. Buna görə sizə, bütün deputat dostlarıma təşəkkür edirəm”.

18 ildə ilk dəfə qanunu pozub ayaq üstdə danışdığını deyən Aqil Abbas üzr borcunun olduğunu bildirib: “O gün ayaq üstə danışdım. Buna görə də sizdən və deputat həmkarlarımdan bu hərəkətimə görə üzr istəyirəm”.

Spiker Sahibə Qafarova isə cavab olaraq Milli Məclisi həmişə ailə kimi gördüyünü bildirib: “Ayaq üstdə danışmağınıza görə isə üzr istəməyin. İndiyədək çoxları burada ayaq üstdə danışıb”.