Bu universitetlərə prorektor təyin olundu

Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub.

Bu barədə Sabahinfo.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə, Şahmar Umud oğlu Həsənov isə Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.