UĞURLU İSLAHATLARIN MÜƏLLİFİ

Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, materiya daim hərəkətdə olduğu kimi, dövlət də daim inkişaf etməli, ölkədə quruculuq işləri aparılmalıdır. Bu proseslərin dayanması ölkədə durğunluğun yaranmasına və əks prosesin – tənəzzülün başlanmasına səbəb olur və son nəticədə ölkənin dağılması ilə sona çatır. Azərbaycan Respublikasının da daxil olduğu keçmiş SSRİ-də XX əsrin 80-ci illərində "yenidənqurma” haqqında təbliğat başlansa da, həmin dövrdə ölkə rəhbəri M. Qorbaçovun islahat aparmağa cəsarəti və səriştəsi olmadığından tənəzzül daha da dərinləşdi və 1991-ci ilin ortalarında SSRİ bir ölkə kimi dünya xəritəsindən silindi. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktını qəbul etdi və Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək suveren müstəqil Azərbaycan Respublikasının yaradılması işinə başladı. Lakin 1991-1992-ci illərdə A. Mütəllibovun və 1992-1993-cü illərdə Xalq Cəbhəsi-Müsavat cütlüyünün rəhbərliyi dövründə ölkədə tənəzzül daha da gücləndi. Bu isə onunla əlaqədar idi ki, hüquqi bazaya söykənən iqtisadi islahatlar aparılmadan siyasi islahatlar önə çəkilir, ölkənin inkişafını təmin edən iki ayrılmaz amilin – iqtisadi və siyasi islahatların süni surətdə bir-birindən ayrılması prosesi gedirdi. Belə bir eksperimentin aparılması isə cəmiyyət və dövlət üçün çox təhlükəli olduğundan ölkəni geri çəkirdi. 1991-1993-cü illərdə ölkə rəhbərliyi tərəfindən heç bir elmi əsasa söykənməyən bu siyasət ölkə iqtisadiyyatının dağıdılmasına, xalq mülkiyyətinin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilməsinə, hərc-mərcliyin və özbaşınalığın vüsət almasına səbəb olmaqla cəmiyyət üzvlə-rində çaşqınlıq və ümidsizlik yaratmışdı. Azərbaycan Respublikası öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmaqla çox ağır günlərini yaşayırdı, ölkə rəhbərliyi törətdikləri əməlin girovuna çevrilərək acizlik nümayiş etdirirdi. Onu da qeyd etmək lazımdır ki, respublikamızda 1991-1993-cü illərdə həyata keçirilən dağıdıcı fəaliyyət qısa bir dövrü əhatə etsə də, öz mənfi təsirinin gücünə görə geniş və əhatəli idi. Belə ki, istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən yüz dəfələrlə artmış, büdcə kəsirinin ÜDM-ə nisbəti xeyli yüksəlmiş, ölkə iqtisadiyyatına bir manat da olsa xarici sərmayə qoyulmamış, xarici ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə azalmış, maliyyə-bank sistemi iflic vəziyyətinə düşmüşdü. Yaranmış bu acınacaqlı vəziyyətdən çıxış yolunu Azərbaycan xalqı özü müəyyən etdi və 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gətirildi. Heydər Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən qayda-qanunun bərpası, icra intizamına əməl edilməsi, cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün çox mühüm və təsirli tədbirlər həyata keçirməyə başladı. İqtisadi və siyasi islahatları həyata keçirmək üçün ölkədə ilk növbədə siyasi sabitliyin mövcudluğunu yüksək qiymətləndirən ulu öndər 1994-cü ilin may ayında atəşkəs barədə müqavilə imzalanmasına nail oldu. Bu, ölkədə nisbi sabitliyin təmin edilməsi iqtisadi islahatlara başlamaq üçün əsaslı zəmin yaratdı və 1994-cü ilin sentyabr ayında dünyanın inkişaf etmiş bir çox ölkələrinin aparıcı şirkətləri ilə "Əsrin neft müqaviləsi” imzalandı. Buna baxmayaraq, müəyyən qüvvələr Azərbaycanda yeni yaranmış sabitliyi pozmaq, öz məkirli niyyətlərini həyata keçirmək üçün 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər təşkil etdilər. Lakin Heydər Əliyevin yüksək təşkilatçılığı və vaxtında həyata keçirdiyi tədbirlər bu cəhdlərin qarşısını aldı və ölkəmizdə siyasi sabitlik təmin edildi. Bundan sonra bazisi təşkil edən iqtisadi islahatlarla yanaşı, üstqurum yaratmağa xidmət edən siyasi islahatların vəhdətinə yönəlmiş tədbirlər həyata keçirilməyə başlandı. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi niyyətləri özündə təsbit edən Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və qəbul olundu. Bu sənəd hakimiyyətin bölünməsi prinsipinə əsaslanaraq mülkiyyətin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərində olmasını elan etdi. Konstitusiyada qeyd olundu ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bu müddəalar ölkəmizdə hüquqi bazaya əsaslanan demokratik islahatların keçirilməsinə imkan yaratdı. 44 Ölkə iqtisadiyyatının belə ağır vəziyyətdə olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlandı. Bu tədbirlər sırasına iqtisadi islahatların və inkişafın formalaşmaqda olan Azərbaycan modelinin tərkib hissəsi kimi bir çox irimiqyaslı sənədlərin qəbul edilməsini aid etmək olar. Bunlardan "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”, "Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”, "Azərbaycan Respublikasında Kiçik və Orta Sahibkarlığın İnkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci (illər)”, "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006)”, "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” və ölkənin bir çox iqtisadi və sosial məsələlərinə dair digər proqramları, konsepsiyaları qeyd etmək olar. Göründüyü kimi, ölkə iqtisadiyyatının, sosial məsələlərin bütün prioritet istiqamətləri üzrə konsepsiyalar, strategiya və proqramlar qəbul edilmiş, onların icrası nəzarətə götürülmüşdü. Azərbaycan Respublikasının iqtisadiyyatında özünəməxsus yer tutan və ölkədə sosial vəziyyətə böyük təsir gücünə malik olan aqrar bölmədə də islahatların aparılması dövlət başçısından cəsarət və uzaqgörən siyasət həyata keçirilməsini tələb edirdi. SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikasında keçən əsrin 70-ci illərində aqrar sahədə yaradılmış möhtəşəm maddi-texniki baza çox qısa zamanda, demək olar ki, məhv edilmiş, əvvəllər mövcud olan iqtisadi əlaqələr qırılmış, aqrar-sənaye kompleksi özbaşına buraxılmışdı. Aqrar bölmənin belə ağır vəziyyətində rəhbərliyə gəldikdən sonra Heydər Əliyev, ilk növbədə, bu sahənin hansı istiqamətdə inkişaf etdirilməsini müəyyən etməyə başladı. Məlum oldu ki, ölkə iqtisadiyyatının mühüm sahəsi və əhalinin 50 faizini əhatə edən aqrar bölməni keçmişdə olduğu kimi, inzibati-amirlik metodu ilə idarə etməklə inkişaf etdirmək qeyrimümkündür və yeganə düzgün istiqamət aqrar sahədə köklü islahatlar aparılmaqla vəziyyəti tədricən düzəltmək olar. 1996-cı il iyunun 24-də "Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatları haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş” müşavirədə Heydər Əliyev demişdir: "Bir Prezident kimi mən Azərbayсапın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”. Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının gələcək inkişafında islahatların həlledici əhəmiyyət daşıdığına böyük önəm verirdi. О bu inam və qənaətə hələ 1982-1987-ci illərdə Moskvada işlədiyi müddətdə gəldiyini və islahatların həyata keçirilməsinin təşəbbüskarlarından biri olduğunu dəfələrlə bəyan etmiş və Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra islahatlara tezliklə başlamaq üçün möhkəm qətiyyət və cəsarət göstərmişdir. Bunun üçün ilk növbədə, kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqların özəlləşdirilməsi, kolxoz və sovxozların ləğv edilərək onların əvəzinə yeni təşkilati hüquqi formalı təsərrüfatların yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və digər islahat tədbirlərinin həyata keçirilməsi lazım idi. Aqrar islahatların hazırlanması, həyata keçirilməsi və uğurla başa çatdırılması hər şeydən əvvəl islahatın ədalətli, kənd sakinləri üçün ağrısız aparılmasını tələb etdiyindən ümummilli lider Heydər Əliyev bu məsələyə çox diqqətlə yanaşmaqla onun mərhələlər üzrə həll olunması modeli üzərində dayandı. Birinci mərhələdə (1993-1994-cü illər) aqrar islahatlar barədə ölkəmizdəki reallıqlar nəzərə alınmaqla dünya təcrübəsinin öyrənilməsinə və ümumi bir fikrin formalaşmasına diqqət yönəldildi. İkinci mərhələ (1995-1996-cı illər) aqrar islahatlara başlamaq üçün müvafiq normativ hüquqi bazanın yaradılması ilə xarakterizə olunur. Bu dövrdə aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradan qanunların və digər normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi əsas prinsip kimi müəyyən edildi. "Aqrar islahatın əsasları haqqında”, "Sovxoz və kolxozların islahatı haqqında”, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları və "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı və digər qanunvericilik aktları təsdiq edilərək tətbiq edilməyə başlandı. Aqrar islahatların üçüncü mərhələsi 1997-2000-ci illəri əhatə edir. Bu dövrdə ölkə ərazisində praktiki olaraq müvafiq qanunvericilik bazasına əsaslanaraq kolxoz və sovxozların ləğv edilməsinə, onların əmlakının və torpağının özəlləşdirilməsinə başlanmışdır. Kənd əhalisi islahat nəticəsində xüsusi mülkiyyətlərinə götürdükləri torpaq və əmlakdan istifadə edərək müxtəlif növlü təsərrüfatlar yaradıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladılar. Eyni zamanda, islahatın hüquqi bazasını möhkəmləndirmək, yeni yaradılan təsərrüfatçılıq 45 formalarının fəaliyyətini ölkənin iqtisadi və siyasi həyatında baş verən islahatlar və yeni idarəetmə institutlarının fəaliyyəti ilə əlaqələndirmək üçün Torpaq, Su, Meşə məcəllələri, "Torpaq icarəsi haqqında”, "Torpaq bazarı haqqında”, "Toxumçuluq haqqında”, "Yeyinti məhsulları haqqında”, "Taxıl haqqında”, "Üzümçülük və şərabçılıq haqqında” və aqrar-sənaye kompleksinin digər məsələlərini tənzimləyən 40-dan çox bir sıra qanunlar və bu qanunların tətbiqini təmin edən çoxsaylı normativ hüquqi aktlar qəbul edildi. Bundan başqa, aqrar-sənaye kompleksinin mühüm sahələri olan kənd təsərrüfatı, maşınqayırma və emal müəssisələrinin özəlləşdirilməsi və onların bəzilərinin səhmdar cəmiyyətlərə çevrilməsi, bank-kredit və maliyyə sisteminin yenidən qurulması prosesi başlandı. Aqrar islahatların 2000-2002-ci illəri əhatə edən dördüncü mərhələsində torpaq və su üzərində bələdiyyə mülkiyyətinin bərqərar olması istiqamətində mühüm əhəmiyyəti olan "Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında” və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlar qəbul edilmiş, aqrar islahatların dərinləşməsi, torpaq və kredit bazarının formalaşması, fermer təsərrüfatlarının səmərəli fəaliyyət göstərməsini təmin edən, kənddə orta və kiçik sahibkarlığın inkişafına təkan verən bir neçə normativ hüquqi sənədlər imzalanmışdır. Aqrar bölmənin gələcək inkişafına əlverişli şərait yaratmaq üçün iqtisadiyyatın bu sahəsinə investisiya qoyulması, vergi, kredit və sığorta siyasətinin yeniləşdirilməsi və təkmilləşdirilməsi üçün konkret tədbirlər həyata keçirildi, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən başqa bütün vergilərdən azad edildi. Görülən tədbirlər nəticəsində bütün kolxoz və sovxozların əmlakı, ən qiymətli torpaqları kənd sakinlərinə ədalətli qaydada paylandı. Torpaq islahatı nəticəsində Azərbaycan Respublikası ərazisinin 57 faizi dövlətin mülkiyyətində (əsasən meşələr, otlaqlar, qoruqlar, dövlət toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları və s.) saxlandı, 23 faizi bələdiyyə mülkiyyətinə verildi, 20 faizi isə özəlləşdirildi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, gərgin fəaliyyəti nəticəsində 1995-ci ildə sosialiqtisadi tənəzzül, siyasi xaos dövrü dinamik makroiqtisadi inkişaf və siyasi sabitlik dövrü ilə əvəz olundu. Ölkəmizin inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində uğurlar qazanılmağa başlandı. Ən böyük uğur isə xalqın mentalitetinə, mənafeyinə, dünyanın və zamanın tələbinə uyğun, ədalətli siyasət həyata keçirməklə davamlı inkişafa nail olmaqdır. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu prosesində iqtisadi və siyasi islahatların paralel aparılmasına əsaslanan, MDB məkanında analoqu olmayan və mahiyyət etibarilə yeni bir model – Azərbaycan modeli formalaşdı. Bu gün biz böyük fəxrlə qeyd edirik ki, 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanmaqla demokratik seçki yolu ilə hakimiyyətə gələn Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev irsinə sadiq qalaraq bu modeli təkmilləşdirir və ölkəmizin daha yüksək nailiyyətlər əldə etməsi üçün iqtisadi və sosial inkişafın prinsipcə yeni mərhələsinin təməlini qoymuşdur. Hakimiyyətə gəldiyi ilk vaxtlardan imzaladığı fərmanlar və sərəncamlar onu göstərir ki, cənab İlham Əliyev iqtisadiyyatın qloballaşması prosesində aqrar bölmənin dövlət dəstəyi olmadan inkişafının mümkün olmadığını yəqin etmişdir. Dövlətçiliyin möhkəmləndirilməsində məşğulluğun artırılmasını, yoxsulluğun ləğv edilməsi və ədalətli bölgü prinsiplərinin mühüm əhəmiyyət kəsb etdiyini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu istiqamətdə bir sıra tədbirlər görmüşdür. Prezidentin 2004-cü il fevralın 11-də imzaladığı Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008-ci illər) buna əyani sübutdur. Ölkə əhalisinin ərzaq təminatının yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında aqrar bölmənin geniş imkanlara malik olmasını nəzərə alaraq ölkə Prezidenti 2004-cü ilin oktyabrında "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamlar imzalamışdır. Bu proqramda nəzərdə tutulan tədbirlər bölgələrdə yalnız kənd təsərrüfatının deyil, həmçinin sosial-iqtisadi və aqrar-ərzaq siyasətinin əsas istiqamətlərindən olan kənd ərazilərinin davamlı inkişafını da təmin etməyə yönəldilmişdir. Proqramda müxtəlif rayonlarda müasir tələblərə cavab verən, ən mütərəqqi texnologiya və avadanlıqla təchiz edilən yeni sosial və istehsal obyektlərinin tikilməsi, yeni yolların çəkilməsi, bölgələrin işıq, qaz və su təminatının yaxşılaşdırılması, çoxsaylı təhsil, səhiyyə, rabitə, mədəniyyət, idman, istirahət və turizm obyektlərinin istifadəyə verilməsi və digər infrastrukturun yaradılması nəzərdə tutulmuşdur. Ölkəmizdə aparılan islahatların nəticəsində aqrar-sənaye kompleksinin və kənd yerlərinin daha sürətli, hərtərəfli inkişafı təmin edilmişdir. Nəzərdə tutulan müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı, ona əlavə edilmiş bir çox məsələlər tam surətdə uğurla yerinə yetirilmiş və proqramın icrasına 6 milyard manatlıq investisiya yönəldilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi və siyasi islahatların sistemli həyata keçirilməsi Azərbaycan Respublikasının son illər dünyanın heç bir ölkəsində müşahidə edilməmiş sosial-iqtisadi artım sürəti əldə edərək lider ölkə olmasına imkan vermişdir. Belə ki, 2003-cü illə müqayisədə 2008-ci ildə dünya iqtisadiyyatı 25,4 faiz artdığı halda, Azərbaycan iqtisadiyyatı (ÜDM-in artımı) 2,6 dəfə artmış, ÜDM-in adambaşına düşən nominal  46 həcmi 2003-cü ilə nisbətən 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Son 5 ildə ölkə iqtisadiyyatına 38 milyard manatlıq investisiya qoyulmuşdur ki, bunun da 16 milyard manatı daxili investisiyalar olmuş və onun xüsusi çəkisi 2003-cü ildəki 25 faizdən 2008-ci ildə 75 faizə çatmışdır. Son 5 il ərzində kənd təsərrüfatında məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artmış, aqrar sahədə yaradılan əlavə dəyərin real artım səviyyəsi 25,1 faiz olmuşdur. Ərazimizin 20 faizinin erməni işğalında olmasına baxmayaraq, keçən il ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dəyəri 3301 milyon manat təşkil etməklə 1991-ci ilin səviyyəsini xeyli ötmüşdür. Hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin payı 99,7 faiz təşkil edir. İqtisadiyyatın rabitə, nəqliyyat, tikinti, ticarət, əhaliyə göstərilən pullu xidmət sahələrində də misli görünməmiş artım əldə edilmiş, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanmışdır. Respublikamızın iqtisadiyyatında əldə edilən yüksək nailiyyətlər ölkə əhalisinin sosial durumuna öz müsbət təsirini göstərmiş və bu sahədə böyük uğurlar qazanılmışdır. Son 5 ildə əhalinin sosial müdafiəsinə diqqət xeyli artmış və bu məqsədilə 2008-ci ildə 2003-cü ilə nisbətən dövlət büdcəsindən 5,2 dəfə çox vəsait xərclənmişdir. 2008-ci ildə minimum əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 75 manata çatmış, ehtiyac meyarının həddi isə 2009-cu il yanvarın 1-dən 60 manat məbləğində təsdiq edilmişdir. 2003-cü ilə nisbətən 2008-ci ildə əhalinin gəlirləri 3,5 dəfə artmış və hazırda ölkədə orta aylıq əməkhaqqı 268 manata (335 dollara), aylıq pensiyaların orta məbləği isə 96 manata (120 dollara) çatmışdır ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2 faiz təşkil edir və 2003-cü ildəki 49 faizlə müqayisədə çox böyük nailiyyətdir. Son 5 ildə əldə edilmiş uğurlu nəticələrdən biri də məşğulluğun sürətli artımıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası və həyata keçirilən digər tədbirlər nəticəsində 2004-2008-ci illərdə 766 min yeni iş yeri açılmışdır ki, bunun da 548 mini daimidir. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin iqtisadi, о cümlədən aqrar islahatlara olan inamı və uzaqgörən siyasəti öz təsdiqini tapır. Belə ki, ümummilli liderimiz hələ 1994-cü il dekabrın 23-də aqrar bölmədə iqtisadi islahatlara həsr olunmuş müşavirədəki çıxışında demişdir: "İslahatlar ancaq və ancaq aqrar bölmənin səmərəliliyini, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, torpaqdan daha səmərəli istifadə etmək üçün olmalıdır. Bu islahatlar 70 il müddətində əldə olunmuş potensialı dağıtmaq üçün yox, əksinə, ondan daha səmərəli istifadə etmək üçün aparılmalıdır”. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Respublikası dünya iqtisadiyyatında istehlakçı ölkədən istehsalçı ölkəyə çevrilmiş və ölkəmizin bu gün bir çox ölkələrin üzləşdiyi enerji təhlükəsizliyi problemi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaq 2008-ci il də Azərbaycan üçün növbəti uğurlu il olmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan bir neçə il bundan əvvəl elektrik enerjisi və qaz idxal edən ölkə olmaqla başqalarından asılı vəziyyətdə idi, elektrik enerjisi və qazın alınmasına külli miqdarda dövlət vəsaiti xərclənirdi. Bu isə ölkə iqtisadiyyatına çox böyük mənfi təsir göstərirdi. Lakin 2004-cü ildən başlayaraq 6 modul tipli elektrik stansiyasının tikilib istismara verilməsi Azərbaycanı elektrik enerjisi ilə tam təmin etdi, hətta vaxtilə işıqsız, qazsız qalan Naxçıvan indi Türkiyəyə 17 meqavat gücündə elektrik enerjisi ixrac edir. 2007-ci ilə kimi respublikamız təbii qaza olan tələbatını xaricdən idxal edilən qazın hesabına ödəyirdi. Lakin 2007-ci ildən həyata keçirilən əməli-praktik tədbirlər nəticəsində bütün imkanlar səfərbər edilərək tələbat yerli istehsal hesabına ödənildi və 2007-ci ildən başlayaraq Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilmişdir. Hazırda Azərbaycanda istehsal edilən təbii qaz Gürcüstanda, Türkiyədə, Yunanıstanda istehlak olunur və ölkəmizdən qaz almaq istəyənlərin sayı və coğrafiyası genişlənir. Fərəhli haldır ki, Azərbaycandan daha çox qaz istehsal və ixrac edən ölkələrdə qazlaşdırma 50-60 faiz səviyyəsində olduğu halda, ölkəmizdə qazlaşdırma 85 faiz təşkil edir və bu proses davam edir. Azərbaycan bu gün bütün dünya ölkələrini və bəşəriyyəti narahat edən iki əsas problemdən, yəni, enerji və ərzaq təhlükəsizliyi problemlərindən birini tamamilə həll etmişdir. Bu, enerji təhlükəsizliyi məsələsidir və hazırda ölkəmiz neft, elektrik enerjisi və qazla özünü tam təmin etməklə yanaşı, həmin ehtiyatları ixrac edərək bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir və bu məsələdə dünya miqyasında öz töhfəsini verir. Ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində də respublikamızda konkret tədbirlər görülür və bu məsələyə xüsusi diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti 2008-ci ilin avqust ayında "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncamlar imzalanmışdır. Bu sərəncamların icrasını təmin etmək  47 məqsədilə 2008-ci ilin dövlət büdcəsindən 25 milyon manat vəsait ayrılmış, 2009-cu ilin büdcəsindən isə 60 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə kartof, meyvə- tərəvəz və bostan məhsullarına olan tələbat tam ödənilir və istehsal edilən məhsulların bir qismi ixrac olunur. Respublikamızda ərzaq taxılına olan tələbat ödənilsə də, heyvandarlıq məhsullarına olan tələbatı tam ödəmək üçün heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədilə taxıl idxalına ehtiyac var. Ona görə də taxıl və heyvandarlıq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilməyə başlanmışdır. Bunlar əsasən aqrar sahədə çalışan sahibkarlara güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi və sığorta güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, gömrük rüsumlarının ödənilməsində güzəştlər, aqrolizinq yolu ilə texnika, gübrə, toxum, damazlıq heyvanların alınıb fermerlərə verilməsi və digər dövlət yardımları göstərilməsidir. Aqrar bölməyə dövlət qayğısının nəticəsidir ki, 2008-ci ildə 2007-ci ilə nisbətən taxıl istehsalı 494 min ton artmış və 2009-cu ilin məhsulu üçün keçən ilə nisbətən 231 min hektar çox sahədə dən üçün taxıl səpini aparılmışdır ki, bu da taxıla olan tələbatın daha dolğun ödənilməsinə yönəldilmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, biz tam şəkildə özümüzü bütün strateji məhsullarla təmin etməliyik. Enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyini təmin etmək məqsədilə böyük investisiyalar qoyulur, nəqliyyat sektorunun bütün istiqamətlərində çox ciddi nəticələr, gözəl nailiyyətlər var. Belə ki, bu gün Azərbaycan neftini, qazını dünya bazarına çıxaran 7 kəmər mövcuddur və onların hamısı işlək vəziyyətdədir. Вах, budur müasir Azərbaycanda mövcud reallıq. Bütün bu uğurlar və əldə edilən nailiyyətlər isə hər şeydən əvvəl, ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatların Heydər Əliyev – Azərbaycan modelinin ölkə Prezidenti İlham Əliyev tərəfindən gündən-günə təkmilləşdirilərək milli mənafelərə və qloballaşan dünya siyasətinə uyğun olaraq düzgün istiqamətdə aparılmasıdır. Heç də təsadüfi deyildir ki, dünyanın ən birinci və qabaqcıl beynəlxalq maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir nömrəli islahatçı ölkəsi kimi tanıyaraq bütün dünyaya bəyan etmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizdə qazanılan uğurların təməlində respublikada həyata keçirilən düzgün siyasi xətt və baş verən müsbət proseslər dayanır. Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ölkədə hökm sürən siyasi sabitlik, xalqla iqtidar arasında olan birlik, iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra olunması, sosial məsələlərin həlli, insanların həyat səviyyəsinin yaxşılaşdırılması, çoxsaylı sosial obyektlərin tikilməsi, infrastruktur layihələri – bu siyahını davam etdirmək mümkündür – bütün bu amillər birbiri ilə bağlıdır. Budur uğurlarımızın əsas səbəbi və növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik”. Ümummilli lider Heydər Əliyevin başladığı iqtisadi və siyasi islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və ölkəmiz dünya iqtisadiyyatının inkişafına təkan verərək qloballaşan dünyada özünə layiqli yer tutmaq üçün inamla irəliləyir.

Sabir Məhərrəmov 
"Əsaslı Tikinti və Texniki Nəzarət" MMC-nin direktoru