Ukraynadakı Azərbaycan diasporu birləşdi

Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqlənib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

"Bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək".