"Bütün dünya ermənilərin necə vandal və təxribatçı olduqlarını bir daha öz gözləri ilə gördülər"

"İrəvanda Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir. İdman əxlaqına sığmayan, idmanın siyasiləşdirilməsi fonunda baş verən hadisə Ermənistanın əsl xislətini göstərmiş oldu. Etnik nifrət, rasizm və Azərbaycanfobiyanı bütün dünyaya nümayiş etdirən ermənilərin bu addımı həm də idmanın xoşniyyətliliyinin və xalqlar arasında sülhü təbliğ edən nəcib məqsəd və prinsiplərlə ilə tam ziddiyyət təşkil edir". Bunu deputat Cəbi Quliyev İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına münasibət bildirərkən deyib. 

Deputat hesab edir ki, dünya ictimaiyyəti bunu irqçi addım kimi qəbul etməldir: "Düşünürəm ki, tezliklə Avropa Ağır Atletika Federasiyası İrəvandakı təxribatla bağlı addımlar atmalı, dünyanın idman ictimaiyyəti Ermənistanda baş verən hadisəni irqçilik kimi qiymətləndirməlidir. Ermənistanda Azərbaycan bayrağının yandırılması orada xalqımıza qarşı dövlət səviyyəsində nifrət siyasətinin aparıldığını, bu ölkədəki rasizm və ksenefobiyanın kök saldığını göstərdi. Bütün dünya ermənilərin necə vandal və təxribatçı olduqlarını bir daha öz gözləri ilə gördülər".