"Bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır" - Komitə sədri

"İcbari tibbi sığortanın tətbiq edilməsi ilə uğurlar əldə olunub. Bununla yanaşı problemlər də qalmaqdadır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi hər il artır.

"Ölkəmizdəki bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklər də icbari tibbi sığorta zərfinə daxil edilməlidir".