Vidadi Hüseynovdan Dilavər Əzimliyə bir neçə sual

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun müdafiəsinə Cəmil Həsənlini prezident görmək istəyən Dilavər Əzimli çıxdı.

"Moderator.az" saytında 19.04.2019-cu il tarixdə Dilavər Əzimlidən rektor "Cəfər müəllim kimlərə qarşı bu kampaniya ölkəni uçurumlara aparanların sifarişdir" dəstək yazısı gedib. Aşağıda yazır: "AMEA-nın Tarix İnstitutunun elmi işçisi".  Bunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə bağlılığı varmı? Bəli, var, əvəzçilik qaydasında dərs deyir. Cəfər müəllimin ADPU-ya  gətirdiyi seçilmiş kadrlardandır. Dilavər Əzmli, görünür, yüz il tarixi olan ADPU-nu oyuncaq bir yer sayır. Dərs dediyi Tarix fakültəsində vəfat etmiş tanınmış alimlərin və hazırda fakültədə fəaliyyət göstərən AMEA-nın müxbir üzvü Vəli Əliyev, tarix elmləri doktoru, professor, Əməkdar müəllim Oqtay Sultanov, professor Məmməd Balıyev və onlarla sadalamaqla bitməyən tanınmış elm adamlarından çəkinmədən bu cür deyir: "Hər dəfə mühazirələrimdən sonra tələbələrim mənə yaxınlaşıb razılıq edib və bildirirlər ki, "Müəllim, bizə bu cür mühazirələr deyilməyibdir. Nə olar, bütün dərsləri siz deyin"."

Bu sözlər hörmətli ADPU-nun əsl əməkdaşları, illərin müəllimləri, Sizə qarşı təhqir deyilmi? Hələ mahiyyətini bilmədən rektora guya "Sizinləyik" deməklə internet səhifələrində paylaşırsınız? Bu cür yanaşma Azərbaycan Dövlət Pedaqoji Universitetinə yaxılmış bir ləkədir və əminəm ki, buna fikirlərini bildirərlər hörmətli müəllimlərimiz.

Bəs əslində Dilavər Əzimli kimdir? "Musavat.com" saytında 03.10.2013-cü ildə dərc olunan (Prezident seçkiləri ərəfəsində) "Həmyerliləri Cəmil Həsənli haqqında danışdı" məqaləsindən olduğu kimi qeyd edirəm. " Demokratiyaya gedən yolun dəyişikliklərdən keçdiyini söyləyən tarixçi-alim Dilavər Əzimli bu seçkilərdə Demokratik Qüvvələrin vahid namizədi professor Cəmil Həsənlini dəstəklədiyini bildirdi: "Mən də bir vətəndaş kimi bu hüquqdan istifadə edib seçkilərdə iştirak edəcəm. Kimi dəstəkləməyə gəlincə isə mən sevimli müəllimim, gözəl insan Cəmil Həsənlini dəstəkləyirəm və seçkilərdə də ona səs verəcəm. Cəmil müəllim tək Azərbaycanda deyil, dünya çapında tanınan bir insandır. Özü də çox ədalətli bir insandır. Ona görə də mən vətənimi, torpağımı, xalqımı sevən bir insan kimi Cəmil Həsənlini dəstəkləyirəm. Hesab edirəm ki, xalqımızı bu bataqlıqdan Cəmil Həsənli çıxara bilər. Ümumiyyətlə, bir tarixçi kimi demək istəyirəm ki, bu gün Azərbaycan cəmiyyətinin, Azərbaycan hakimiyyətinin dəyişikliklərə ehtiyacı var. Nəyə görə Avropa düşüncə tərzi ilə bizim düşüncə tərzimiz arasında fərq olsun? Nəyə görə bizdə elə demokratik bir cəmiyyət qurulmasın? Avropada, Amerikada tanınmış siyasətçilər 5 il, 10 il hakimiyyətdə olduqdan sonra onlar çox rahat şəkildə vəzifədən gedirlər. Ancaq bu mənada Azərbaycanda və bütövlükdə Şərqdə vəziyyət heç də yaxşı deyil. Hakimiyyətdə olanlar öz postlarından getmək istəmirlər. Bax bu təfəkkürü dəyişmək lazımdır. Dəyişikliklər olmadan biz ölkədə demokratik bir cəmiyyət qura bilməyəcəyik. Demokratiyanın, inkişafın yolu dəyişikliklərdən keçir. Bu seçkilərdə Cəmil Həsənli qalib gəlsə, bizim arzuladığımız dəyişiklikləri vətənimizə, Azərbaycana gətirəcək”.

Budurmu Cəfər Cəfərovun "islahat aparılır" deyərək, təcrübəli müəllim və əməkdaşların əvəzinə  gətirdiyi kadlar? Bu, Prezidentə xəyanət deyilmi?

 Mən hələ 1992-ci illərdə Milli Məclis qarşısında yaş senzi ilə bağlı prof. Əjdər İsmayılov, Murtuz Ələsgərov, Hacıbala Abutalıbov və başqaları tərəfindən keçirilən mitinqlərdə öndə olmuşam. Heydər Əliyevin Bakıya dəvəti ilə bağlı iclasda (Nərimanov metrosunun yanıda - Mədəniyyət Mərkəzində) iştirak etmişəm və bununla bağlı əvvəlki müraciətlərimdə ətraflı yazmışam. Bu haqda indi Azərbaycan Dövlət Pedaqoji Universitetinin sağlam düşüncəli insanları, ölkə ictimaiyyəti və əlaqədar orqanlar, Siz şahid olun, kimdir haqlı?

Vidadi Hüseynov

ADPU-nun sabiq əməkdaşı