Vüqar Qaradağlı ATV rəhbərliyindən uzaqlaşdırıldı

Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, onun yerinə Azər Xəlilov təyin olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu artıq kollektivə təqdim edib.

A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.