XİN Oqtay Əsədovu təkzib etdi

Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz mayın 13-də imzalanması nəzərdə tutulmayıb.

Bu sözləri XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.

"Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”,- deyə o bildirib.

Qeyt edək ki, bu gün parlamentin iclasında Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanla Aİ arasında yeni sazişin mayın 13-də imzalanacağının nəzərdə tutulduğunu deyib. (Ona.az)