Çavuşoğlu: "Dövriyyəni 15 milyarda çatdırmağa çalışırıq"

"İki ölkə arasında ticari dövriyyəni 15 milyard dollara çatdırmağa çalışırıq”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, TANAP Türkiyə üçün vacib layihədir. Nazir Bakı-Tiblisi-Qars layihəsinin də vaxtında istifadəyə verilməsi üçün Gürcüstanla da danışıqlar aparıldığını söyləyib. Türkiyəli rəsmi həmçinin qeyd edib ki, XİN rəhbərləri Azərbaycan, Türkiyə və Qazaxıstan prezidentlərinin görüşünü təşkil etmək üçün çalışır. "İki ölkə arasında ticari dövriyyəni 15 milyard dollara çatdırmağa çalışırıq”.