Cəlilabadlılar qalib Liderə səs verəcəklər!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Cəlilabad şəhərində və rayonun Şabanlı kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, partiyanın Mərkəzi Təşviqat Qrupunun üzvləri, Milli Məclisin deputatları Malik Həsənov və Elman Nəsirov çıxış ediblər. Bildirilib ki, bu seçkilər Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu seçki Zəfər seçkisidir. Artıq bu gün dünya birliyi Azərbaycanı qalib ölkə kimi qəbul edir.

Seçicilər çıxış edərək azad edilən ərazilərdə aparılan tikinti işlərindən və həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin prezident seçkilərində doğma yurdlarında səs verə biləcəklərini qeyd ediblər.

Vurğulanıb ki, bütün cəlilabadlılar 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verəcəklər.