Çingiz Əliyev: "Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu çoxşaxəli əməli fəaliyyəti ilə sübut edib"

Rusiya Federasiyasının Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin deputatı, Tuva Karate Federasiyasının prezidenti, Tuva Azərbaycan Cəmiyyətinin sədri Çingiz Əliyev Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Xeber7.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz düşünülmüş strategiya nəticəsində Azərbaycan dünyada dinamik inkişafı ilə tanınan dövlətə çevrilib. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu çoxşaxəli əməli fəaliyyətinizlə sübut etmisiniz. Buna görə də hazırda dünya azərbaycanlıları Sizin ətrafınızda bir yumruq kimi birləşib. Ali Baş Komandan olaraq Sizin və Azərbaycanın rəşadətli Ordusunun sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsindən hər birimiz fərəh hissi duyuruq.

Rusiya Federasiyasının Tuva Respublikasında yaşayan soydaşlarımız birlik nümayiş etdirərək 7 fevral prezident seçkilərində Sizin namizəliyinizi dəstəkləyəcəklər. Dünya azərbaycanlılarına Zəfər sevincini yaşadan Prezident kimi Sizə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə yüksək zirvələr, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq.

Sizinlə fəxr edirik! Tanrı Sizi qorusun!”