Deputat Veridə şəhid adına ucadılmış bulağın açılışını etdi

Bu gün ,Lerik Rayonunun Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçrildi. Açılışda rayon rəhbərliyi,rayonun hüquq-mühafizə orqanları,idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və abidə kompleksinin önünə əklil və tər gül-çiçəklər düzüldü.

Allah Vətən uğrunda canını fəda edən bütün Şəhidimizi rəhmət eləsin.Şəhidlərimiz hər birimizin üçün baş tacı, müqəddəs and yerimizdir.Şəhidlərimizin ruhları və onları böyüdən, qəhrəman və mərd oğlullar kimi yetişdirən, valideynlərinin qarşısında baş əyirik.Şəhidlərimiz hər zaman mənən, ruhən bizimlədir və müstəqil Azərbaycanımız yaşadıqca, var olduqca, onlar da yaşayacaq.

İqbal Məmmədov 

Milli Məclisin deputatı