Deputatdan 300 ailəyə bayram sovqatı

YAP Yasamal rayon təşkilatı və 17 saylı Yasamal üçüncü seçki dairəsinin Millət vəkili Elnur Allahverdiyevin birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılmasına start verilib. İlk gün Yasamal rayonu ərazisində aztəminatlı ailələr ziyarət olunub. Həmin ailələrə bayram sovqatları paylanılıb.
Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Ümumilikdə 300 aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması nəzərdə tutulur.