Deputatlar Ələt Azad İqtisadi Zonasında

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin başçılığı ilə parlamentin deputat heyəti Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər ediblər.

Səfər çərçivəsində deputatlar zonada aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfər zamanı “Ələt Azad İqtisadi Zonası haqqında” Qanuna ediləcək dəyişikliklər də işgüzar formada müzakirə olunub.