Türkiyənin İstanbul şəhərində yerləşən Ataşəhir Bələdiyyəsi, Mustafa Saffet kültür merkəzində Azərbaycanın əməkdar aktrisası Dilarə Əliyevanın "Çin atı" komediya filminin qalası keçrilib. Azerbaycanın Türkiyədəki "Xaribulbül" Vizyon teatr birliyi və İnsan Hakları Təhsil Mədəniyyət və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə keçrilən Qala gecəsində öncə aktrisa ilə görüş keçrilib. "Xaribulbül Vizyon teatrının rəhbəri Kəmalə Kamal iki ölkə arasında Mədəniyyət körpüsünün quruldugunu bildirib. Teatrın rəhbəri " Biz Birlikte Güclüyüz" devizi altında ikinci tədbirin baş tutduğunu və bundan sonra da silsilə tədbirlərin keçiriləcəyini açıqlayıb. " Biz mədəniyyət siyasəti həyata keçiririk. Və prezident İlham Əliyevin " Azərbaycan və Türkiyə hökuməti arasında Mədəniyyət sahəsində işbirliyi anlaşması" ilə baglı qərarına əsasən biz tədbirər planı həyata keçiririk və məqsədimiz səntilərimizin, teatr və kino sənətimizi daha çox tanıtmaq, təbliğ etməkdir". Önceden hazırlanmış videoçarx nümayişinden sonra Kəmalə Kamal Dilarə Əliyevanın yaradıcılıgindan bəhs etdikdən sonra söz sənətçiyə verilib. Dilarə Əliyeva İki ölkənin bir birinə bağlılıgından danışıb. " Azərbaycan və Türkiyə can, qan bağı ilə baglıdır. Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi Azərbaycanındır. Türkiyə və Azərbaycan tarixdən, anadan atadan bağlıdir. Biz bu sevgini Prezident İlham Əliyev Türkiyədən danışanda onun gözlərində, Rəcəb Tayib Erdoğanın Azadlıq meydanında söylediyi Laçin şerində bir daha gördük. Türklük və qardaşlıq əbədidir və Turana qədər yolu var". Dilarə Əliyeva tamaşaçıların suallarını cavablandırdıqdan sonra "Cin atı" filminə baxış keçrilib. Böyük rəgbət qazanan filmdən sonra Türkiyə flim rejissorlarından aktirisaya bir çox iş təklifləri gəlib.
Tədbirə ziyalılarımız, Türkiye universitetlerinde ders deyen müellimlerimiz, Türkiyənin teatr ve kino sektorunda tanınmış üzlər, onlardan Ali Savaşçı kimi aktyorlar da iştirak etmişdir.
Qarşıda Xarı Bülbül Azerbaycan Vizyon Tiyatro Birliyi ve Soy Production arasında böyük layihələrin həyata keçirilməsi haqqında planlar quruldu.
Xarı Bülbül Azerbaycan Vizyon Tiyatro Birliyi'nin katibi Behram Afsal