“Diplomatlarımız xarici dil bilməlidir” - Sahibə Qafarova

“Diplomatlarımız xarici dil bilməlidir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 14 noyabr tarixli iclasında sədr Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, güclü diplomatiya formalaşdırmaq məsələsi büdcəmizdə öz əksini tapıb.

Spiker onu da bildirib ki, gələcək diplomatlarımız rus, ingilis, fransız, ümumiyyətlə xarici dil bilməlidirlər: "Bunu da hamı yadında saxlasın".