Dövlət Gömrük Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür.

Dekabrın 12-də paytaxt sakinləri, ayrı-ayrı dövlət və ictimai-siyasi təşkilatların nümayəndələri ilə yanaşı, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər.

Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, eləcə də gömrük xidmətinin inkişaf etdirilməsində böyük əməyi olan dahi rəhbərin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər.