Dövlət müstəqiliyimizin  memarı Ümummilli Lider Heydər Əliyev

Masallı Rayon Agsaqqalar Şurası və rayon Mərkəzi kitabxanasının təşəbbüsü ilə Heydər Əliyev strategiyasının təbligi iləı bağlı birgə yaradıcılıq görüşü keçirilmişdir.
Tədbirdə rayonun tanınmış yazarları, kitabxana əməkdaşları, gənclər iştirak etmişlər.
Mərkəzi kitabxanada keçirilən tədbiri giriş sözü ilə kitabxananın direktoru Zamin Məmmədov açmışdır.
Tanınmış ziyalı, uzun müddət rayonda müxtəlif  məsul vəzifələrdə çalışmış, 3-cü  dərəcəli Vətənə xidmətə görə ordenli, 16 kitabın, yüzlərlə iri həcmli məqalələrin müəllifi yazıçı- publisist, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev“Heydər Əliyev Azərbaycan Dövlət müstəqilliyinin memarı və qurucusudur” mövzusunda məruzə etmişdir.  
Rayonun tanınmış ağsaqqal yazarlarından Nurməmməd Ağa, Meysaba Aslanova, Tahir Hüseynov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının nümayəndəsi Eldar Kazımov,  tanınmış jurnalist, "Yeni Həyat" qəzetinin məsul katibi, 10 publisist kitabın müəllifi Həsənağa Əliyev, rayon Ağsaqallar Şurasının mətbuat katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Şükürov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Gülcahan Vəkilzadə, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə  Tagıyeva çıxış etmiş, Ulu Öndər Heydər Əliyevi Azərbaycanın bu-günkü inkişafının qarantı, xalqımızın tarixə bəxş etdiyi böyük siyasətçi kimi dəyərləndirmişlər. 
Tədbiri rayon Agsaqqallar Şurasının sədri Ələşrəf  Niftiyev yekunlaşdırmışdır.                           


İbrahim Şükürov,
Masallı Rayon  Agsaqqallar  
şurasının  mətbuat  katibi.
Azərbaycan 
Jurnalistlər 
birliyinin  üzvü.