"DSD" İB “Peşə təhsilindən okean sularına qədər” məsafəni dəf edir

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Peşə təhsilindən okean sularına qədər” layihəsi davam etdirir.

Bu haqda redaksiyamıza İctimai Birliyin Analitik-İnformasiya Bölümündən məlumat  verilib.  Məlumatda deyilir ki, icra olunacaq layihənin gözlənilən nəticələr yüksək səviyyədə həyata keçirilir.
Layihədə nəzərdə tutlan və fəaliyyət planına daxil olan işlər icra olunmaqdadır.  Layihə çərçivəsində araşdırmalar aparılıb, dənizçilik peşəsinin populyarlaşması, təbliğ olunması istiqamətdə müxtəlif bölgələrdə təbliğat işləri aparılıb, gənclərin dənizçilik peşəsin istiqamətində təhsil alması istiqamətində aparılan işlər yüksək nəticə verib. Belə ki, Azərbaycanın Cəlilabad, Masallı, Ucar, Qusar rayonlarından müdavimlərin təhsil alması üçün aparılan danışıqlar öz bəhrəsini verib. “Kaspian Education Center” MMC-ninntədris mərkəzində 6 aylıq təhsil üçün 26 nəfər gənc təhsilə cəlb edilib.

Açıklama yok.

Dənizçilik peşəsinə sahiblənmək üçün gənclərə təlim keçilməsi üçün peşəkar pedaqoqlar, müəllimlər, təcrübəli dənizçilər cəlb olunub. Layihənin tələblərinə uyğun olaraq Rol-Lap dərc olunub.

Xatırladaq ki, “Peşə təhsilindən okean sularına qədər” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri “DSD” İB-nin sədri, şair, gəmi kapitanı  Faiq Balabəylidir.