Dünya iqtisadiyyatı TƏLATÜMDƏ - Bizi nə gözləyir?

Beynəlxalq Valyuta Fondu (IMF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Avropa Mərkəzi Bankının (ECB) iqtisadçıları 2023-cü ildə dünya iqtisadiyyatında resessiya həddi olaraq görülən 2,5-3 faizlik artım tempinin altında bir yavaşlama gözləyir; beləliklə, qlobal ressesiya güclü bir ehtimala çevrilir.

IMF-nin oktyabrda dərc olunan “Dünya İqtisadiyyatına Baxış” hesabatı dünya iqtisadiyyatında iqtisadi artımın (Aİ regionu istisna olmaqla) 2022-ci ildə yüzdə 3,2-dən 2023-cü ildə yüzdə 2,6-ya geriləməsini, 2024 və 2025-ci illərdə isə müvafiq olaraq yüzdə  3,1 və yüzdə 3,6 ilə resessiya həddində qalmasını gözləyir.

Avropa Mərkəzi Bankının 2023-cü ildə avro zonasında artım tempinin 0,5 faizə düşəcəyi gözləntisini IMF-nin gözləntisinə əlavə etdikdə, qlobal resessiya zonasına girməyə başlayırıq.

Avropa Mərkəzi Bankının 2024-2025 artım gözləntiləri də yüzdə 1,9 və yüzdə 1,8 göstəriciləri ilə çox məhdud bir "bərpaolunma"ya işarə edir. Dünya Bankı resessiya ehtimalını müzakirə edərkən üç ssenari hazırlayıb: “Baza”, “yavaşlama” və “sərt resessiya”. “Baza” ssenaridə dünya iqtisadiyyatında artım tempi 2023 və 2024-cü illərdə yüzdə 2,4 faiz və yüzdə 3,0 faizlə resessiya həddində qalır. “Sərt resessiya” ssenarisində artım templəri 0,5 faiz və yüzdə 2,0-a qədər azalır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının noyabr ayında açıqladığı "Dünya İqtisadiyyatına Baxış" hesabatında qlobal iqtisadi artım tempinin 2023-cü ildə 2,2 faiz azalacağı, 2024-cü ildə isə 2,7 faiz səviyyəsində qalacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı, Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının gözləntilərini bir araya gətirərək, biz 2023-cü ildə dünya iqtisadiyyatında sərt əyləc, daha sonra isə ən azı 3-4 illik tənəzzül, hətta daha sərt və daha uzun resessiya ehtimalını nəzərdən keçiririk.

The Independent-dən Hamish McRae-nin qeyd etdiyi kimi, 1970-ci, 80-ci, 90-cı və 2000-ci illərin əvvəllərində təqribən 10 illik tənəzzül mərhələlərini müşahidə etmək mümkündür.

SABAHİNFO.AZ