Dünyada koronavirusa yoluxanların sayı 380 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 380 milyonu keçib.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 3 313 828 yoluxma halı və 10 536 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 380 321 615 nəfər yoluxub. Onlardan 5 680 741 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.