“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun beynəlxalq əməkdaşlığı genişlənir

Anlaşma Memorandumu imzalanıb

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu mütəmadi olaraq imkansız və həssas qəlbli insanlara arxa-dayaq olur, yardım göstərir, bayramlarda və digər tədbirlərdə onlarla bir yerdə olur. Artıq bu qəbildən olan insanlar Fondu və onun rəhbəri Gülbəniz Bayramovanı özlərinin ümid, pənah yeri hesab edirlər.

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun sədası artıq Azərbaycanın sərhədlərini aşaraq, müxtəlif ölkələrdən eşidilir. Fond beynəlxalq əlaqələrini getdikcə genişləndirir. Bir neçə gün əvvəl Fondun xoş sorağı bu dəfə Şimali Kipr və Ankaradan gəldi. Belə ki, bu il noyabrın 7-də Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin TATAR “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramovanı və onunla birlikdə səfərdə olan heyət üzvülərini, həmçinin fondun Himayəçilər Şurasının sədri Fərid Bayramlını, Azərbaycanda ən böyük bireysel girişimci türkiyeli yatırımcı “Okuklu Holding”in prezidenti Yılmaz Okuklunu, ünlü memar, Uzun Sürə, qardaş ölkə televiziyasının Kanal D -də yayımlanan Evim Şahanə, Yollardaki evim və digər programların layihə rəhbəri Selim Yuhayı, həmçinin Türkiyədə və Azərbaycanda reyting rekordları qıran “Kurtlar vadisi” serialının əsas rollardan birnin aktyoru Güllü Erhan ləqəbli Erhan Ufakı qəbul edib. Cənab Ersin TATAR 8 Noyabr Zəfər bayramımız münasibəti ilə möhtərəm Prezdentimiz cənab İlham Əliyevi, rəşadətli Azərbaycan Ordusunu və xalqımızı təbrik edərək bildirdi ki, biz "Bir millət üç dövlətik”.
Görüş çox gözəl sonluqla bitdi. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin TATAR cənablarının xeyir- duası ilə hər iki dövlətin qazi, şəhid, aztəminatlı ailələrinin, əlilliyi olan insanların və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə KKTC millət vəkili, Cumhuriyət Məclisi Ekonomi, Maliyə, Büdcə və Plan Komitəsi naziri Resmiye Eroğlu Canaltayın rəhbərlik etdiyi Antik Mağusa Vakfı ilə “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu arasında Anlaşma Memorandum imzalandı.

Ankarada Əməkdaşlıq Sammitinin konfransında

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramova Ankara “Grand Mercure” hotelində Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Sektoral Əməkdaşlıq Sammiti konfransında iştirak edib.

Fondunun direktoru Gülbəniz Bayramova ilə söhbət zamanı dedi ki, onunla gedən heyət üzvləri, iş adamları “Okuklu Holding”in prezidenti Yılmaz Okuklu, uzun müddət Kanal D-də “Evim Şəhanə" və başqa verilişinin layihə rəhbəri və TV aparıcısı, iş adamı, Türk dünyası mədəniyyət səfiri, memar Səlim Yuhayi, Kurtlar Vadisi serialında Güllü Erhan kimi tanınan tanınmış aktyor Erhan Ufakı görüşdə iştirak ediblər.

Fondun direktoru Gülbəniz Bayramova çıxış edərək “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu”nun həyata keçirdiyi layihələrlə yanaşı, iş dünyası ilə əməkdaşlıq və sosial məsuliyyət sahəsində gələcək planlarından danışıb. Görüşdə MÜSİAD üzvləri və digər iş adamları fondun fəaliyyətinə dəstək verilməsi və əməkdaşlıq imkanları barədə qarşılıqlı fikir mübadiləsi aparıblar. G.Bayramova rəhbərlik etdiyi fondun Ankarada keçirilən Sektoral Əməkdaşlıq Sammitində iş dünyası ilə daha çox maarifləndirmə və əməkdaşlıq əlaqələrinin qurulmasına diqqət ayırıb. İştirakçılar arasında keçirilən bu interaktiv görüş qeyri-hökumət təşkilatları ilə iş dünyası arasında daha sıx həmrəylik və əməkdaşlıq mühiti yaradıb.

Şimali Kipr Türk Respublikasının Çalışma və Sosial Güvənlik Bakanı ilə görüş

Noyabrın 7-də Şimali Kipr Türk Respublikasının Çalışma və Sosial Güvənlik Bakanı Sadık Gardiyanoğlu “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru Gülbəniz Bayramovanı və onunla gedən nümayəndə heyətini qəbul edib.

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondundan redaksiyamıza verilən məlumata görə , fondun direktoru Gülbəniz Bayramova ilə gedən heyət üzvləri iş adamları “Okuklu Holding”in prezidenti Yılmaz Okuklu, uzun müddət Türkiyənin Kanal D telekanalında “Evim Şəhanə" və başqa verilişlərin layihə rəhbəri və TV aparıcısı, iş adamı, Türk dünyası mədəniyyət səfiri, memar Səlim Yuhayi, Kurtlar Vadisi serialının baş rol ifaçısı Güllü Erhan kimi tanınan Erhan Ufakı görüşdə iştirak ediblər.

Görüş zamanı Çalışma və Sosial Güvənlik Bakanı Sadık Gardiyanoğlu “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun işi və nailiyyətləri haqqında məlumat alıb. QHT sədri Gülbəniz Bayramova və nümayəndə heyəti ilə müzakirələr aparılıb. Eyni zamanda, fondun təşkilatçıları və hökumət tərəfindən təmin olunan dəstəklər, əlillərin və aztəminatlı ailələrin sosial rifahını artırmaq üçün həyata keçirilmiş və planlaşdırılan layihələr haqqında danışılıb.

Görüş “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun layihələrini daha da təkmilləşdirmək məqsədi ilə aparılan əməkdaşlığın və əlaqələrin növbəti addımı kimi görülə bilər. Belə görüşlər, sosial yardım təşkilatlarının və hökumətin birgə çalışması ilə daha çox əlillərə və aztəminatlı ailələrə yardım göstərmək üçün daha effektiv strategiyaların müzakirəsini təmin edir.