“Əlillərin məşğulluğuna dəstək“ adlı layihə Şabran rayonunda uğurla həyata keçirildi

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək“ adlı layihəni 12.07.2024-cü il tarixində Şabran rayonunda- Heydər Əliyev Mərkəzində uğurla həyata keçirmişdir. 
Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdir.

Tədbirdə şəhid ailələri, qazilər, əlillər və ailə üzvləri, Şabran Rayon Məşğulluq İdarəsinin rəhbəri Rövşən Orucəliyev və Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov  iştirak etdilər.
Tədbiri layihə rəhbəri Xədicə Mikayılova açaraq“Əlillərin məşğulluğuna dəstək“ layihəsi barədə geniş məlumat verdi. Daha sonra Şabran Rayon Məşğulluq İdarəsinin rəhbəri Rövşən Orucəliyev ölkədə əlillərlə, həssas qruplarla aparılan  məşğulluq proqramlarından və görülən işlərdən söz açdı. Tədbirin sonunda bizim vasirəmizlə qazinin qızı Orucova Nargilə işlə təmin olundu.
Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov  belə layihələrin əhəmiyyətindən danışdı və qeyd etdi ki, belə layihələr dövlətin vətəndaşlara, xüsusi ilə əlillərə olan qayğının həm də təbliğidir.
Daha sonra layihə barədə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədriXədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək“ layihəsinin icrasına  kömək göstərdiyinə görə Şabran Rayon Məşğulluq İdarəsinə minnətdarlığını bildirdi.
Layihə rəhbəri eyni zamandaAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Əlillərin məşğulluğuna dəstək “ layihəsini maliyyələşdirdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdirdilər.