Ərdoğan koronavirusdan sağalıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalıb.

Sabahinfo.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın koronavirus testləri neqativ çıxıb.

Xatırladaq ki, koronavirusun bəzi simptomlarından dolayı fevralın 5-də R.T.Ərdoğanın verdiyi test pozitiv çıxmışdı.