Ərdoğan Yunanıstan Baş nazirini qəbul edib

Yunanıstanın Baş naziri Kiriajid Miçotakis Türkiyəyə səfərə gəlib.

Sabahinfo.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, Ankarada ölkə başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektlər, bir sıra regional və beynəlxalq məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirəcəyi də gözlənilir.