Erməni hakerlərin Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edildi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.

Bu barədə Sabahinfo.az-a Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.

Qeyd edilib ki, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.

"Vətəndaşları bu cür hallara qarşı ayıq sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb saytlarından əldə etməyə çağırırıq", - xidmədən bildirilib.