Erməni hərbçilər qəzaya düşdü - 1 ölü, 4 yaralı

Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsində hərbçiləri daşıyan “KamAZ” markalı avtomobil qəzaya düşüb.

Sabahinfo.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir erməni hərbçi ölüb, dördü isə yaralanıb.

Qeyd olunub ki, hadisə İrəvan-Mehri yolunda baş verib. Belə ki, yolda “Mercedes” markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” toqquşub.