Ermənistan XİN: "Bakı ilə sülh üçün fürsət yaranıb"

Bakı ilə sülh üçün fürsət yaranıb.

Sabahinfo.az  xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İrəvan prosesin uğuruna inanır.

Nazirin sözlərinə görə, İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketi ilə bağlı yanaşmalarını öyrənəcək və lazımi qaydada təqdim edəcək.