"Əsgərləri gəlib görəcək ki, komandiri balıq təmizləyir" - Siyavuş Novruzov

Bu gün ölkədə kifayət qədər savadlı, qabiliyyətli hərbçilər formalaşıb. Azərbaycan dövləti hər zaman zabitə kifayət qədər xərc çəkir, oxudur, yetişdirir və müəyyən mərhələyə çatdırır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, zabit bu dövr ərzində çalışmalıdır ki, özündən sonrakıları formalaşdırsın: "Zabitlərimiz tək döyüşçü yox, həm də döyüşə rəhbərlik edəndir. Digər tərəfdən Azərbaycan kifayət qədər yeni texnika alır. Bunun işlənməsi və başqa nəsillərə ötürülməsinə zaman lazımdır”. 

Hərbçilərin təqaüdə çıxma yaşının artırılması məsələsinə toxunan S.Novruzov qeyd edib ki, ali məktəbi bitirəndən sonra 20 il qulluğun sonunda 42 yaşında təqaüdə gedir: 

“Təqaüdə getməyin də ən çox səbəbi qorxur ki, gələcəkdə hansısa səhvə yol verdiyinə görə ordudan uzaqlaşdırılsın və təqaüdü ala bilməsin. Lakin bu sahədə işləyən bütün insanların hamısı təqüdünü alır. Mənə II Qarabağ müharibəsi və Aprel döyüşlərində iştirak edən və 43 yaşında təqaüdə çıxan şəxs ikinci iş axtarır. Deyir ki, böyük marketlərdə ona balıq təmizləyim. Böyük rütbəli adam necə gedib balıq təmizləsin?! Əsgərləri gəlib görəcək ki, komandiri balıq təmizləyir. Qanuna təklif edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, öz işi ilə bağlı zabit funksiyasını necə yerinə yetirir. Dislokasiya ilə bağlı məsələyə gəlincə, Azərbaycanın eni uzunu 3 top gülləsi boydadır. Üç top dalbadal atılsa o biri başa çatacaq. Ona görə də Azərbaycanda müxtəlif qüvvələr müxtəlif dislokasiya yerləşir. Alpinsti aparıb ön cəbhəyə qoya bilmərik. Dağlıq zonada qulluq edənlərin əməkhaqqına 30 % əlavə, yaxud digər imtiyazlar olur. Təbii ki, istəyirik ki, imtiyazlar daha da artıq, əsgər və zabitlərimizə də diqqət daim olsun”.