"Heydər Əliyevin bütün arzuları həyata keçmişdir"

Xalqımızın ümummilli Lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

Hər il dekabr ayının 12-si milyonlarla soydaşımız dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq böyük hörmət və ehtiramla Ulu Öndərin anım gününü qeyd edir. Bununla da qədirbilən Azərbaycan xalqı öz xilaskarını, ümummilli Liderini xatırlamaqla tarixini yaşadır və vəfa borcunu yerinə yetirir. Heydər Əliyev bu günki güclü, hərtərəfli inkişaf etmiş, müasir Azərbaycan dövlətinin xilaskarı, memarı, qurucusu kimi hər bir azərbaycanlının qəlbində özünə əbədi yer tutmuşdur.

Təsadüfi deyil ki, 1992-93-cü illərdə səriştəsiz siyasi qüvvələrin idarəçiliyi nəticəsində xalq vətəndaş müharibəsi ilə qarşı-qarşıya qalmışdı. Ölkəni separatizm dalğası bürümüş, dövlətçiliyimizin itirilmə təhlükəsi ilə üzləşən xalq küçələrə axışaraq, Heydər Əliyevi hakimiyyətə səsləyirdi. Əgər həmin dövürdə Ulu Öndər xalqın səsinə səs verməsəydi, bir mənalı olaraq bu günki dövlətimiz olmayacaqdı.

Yaşadığımız tarixi proseslər, Heydər Əliyev dühasının miqyasını, onun nə qədər uzaqgörən bir siyasətçi, dövlət adamı olduğunu bir daha göstərdi. Bu günki qələbələrimizin, uğurlarımızın kökündə Ulu Öndərin ötən əsrin 90-cı illərində başladığı islahatlar durur. Heydər Əliyev şəxsiyyəti, gələcək nəsillər üçün həm siyasətçi, həm də bir vətəndaş olaraq nümunədir. Mən də bir fərd olaraq fəxr edirəm ki, belə bir dahi şəxsiyyətlə görüşmək, çalışmaq mənə qismət olmuşdur. Bu gün Heydər Əliyevin ruhu şaddır.

Onun bütün arzuları həyata keçmişdir. Onun başa çatdıra bilmədiyi bütün işləri, oğlu, müasir zamanın ən güclü siyasətçisi kimi təsdiq olunmuş Prezident İlham Əliyev həyata keçirir. Hər bir ata üçün bundan böyük xoşbəxtlik ola bilərmi. Minilliklər keçəcək, Azərbaycan xalqı daim öz xilaskarını minnətdarlıqla xatırlayacaqdlr. Allah Heydər Əliyevə rəhmət eləsin.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı