Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki

Birinci vitse-prezident Mehriban Əliyevanınrəsmi "İnstagram" səhifəsindəUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.

Sabahinfo.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

"Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!"